Rusiyanın "Qazprom" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ildə Azərbaycan qazının alışının 2 dəfə, yəni 3 milyard kubmetrədək artırılmasına dair əlavə saziş imzalayıb.
Rusiyanın "Qazprom" şirkətinin mətbuat xidmətinin məlumatına görə, sənəd Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən danışıqların yekununa əsasən imzalanıb.
Sənədi ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Qazprom”un rəhbəri Aleksey Miller imzalayıb.
"İkinci ildir ki, Azərbaycan qazının alışını ikiqat artırırıq. Rusiya və Azərbaycan arasında enerji əməkdaşlığı müsbət templə inkişaf edir. Qarşılıqlı səylərimiz gələcəkdə də karbohidrogen tədarükünün həcminin artırılmasını təsdiq edir. Qaz alışı həcminin yuxarı həddinin olmaması, ərazi yaxınlığı, yaxşı təşkil edilmiş qaz kəməri infrastrukturunun olması, tranzit zonalarının olmaması Azərbaycana imkan verir ki, iqtisadi baxımdan daha sərfəli olaraq təbii qazı Rusiyaya ixrac etsin", - deyə cənab Miller qeyd edib.
ARDNŞ-la "Qazprom" Azərbaycan qazının alqı-satqısı üzrə müqaviləni 2009-cu il oktyabrın 14-də Bakıda imzalayıb.
“Qazprom” və ARDNŞ Azərbaycan qazının alışının artırılması barədə saziş imzalayıb