Azərbaycan parlamenti Şəfəq və Asiman dəniz strukturları üzrə müqaviləni təsdiq edib

Azərbaycan parlamenti Şəfəq və Asiman dəniz strukturları üzrə müqaviləni təsdiq edib

Bakıdan 125 km cənub-şərqdə 1100 kvadrat kilometr sahədə yerləşən Şəfəq və Asiman strukturlarında geoloji-kəşfiyyat işləri aparılmayıb. Strukturlar dəniz suyunun 650-800 metr olduğu sahədə təxminən 7000 metr dərinlikdədir.

Azərbaycan Milli Məclisi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP arasında Şəfəq və Asiman dəniz strukturları üzrə 2010-cu il oktyabrın 1-də imzalanmış hasilatın pay bölgüsü tipli müqaviləni təsdiq edib.
Milli Məclis energetika məsələləri komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, Bakıdan 125 km cənub-şərqdə 1100 kvadrat kilometr sahədə yerləşən Şəfəq və Asiman strukturlarında geoloji-kəşfiyyat işləri aparılmayıb. “Strukturlar dəniz suyunun 650-800 metr olduğu sahədə təxminən 7000 metr dərinlikdədir”.
ARDNŞ və BP 2009-cu il iyulun 13-də Londonda strukturların birgə geoloji kəşfiyyatı və işlənməsi barədə memorandum imzalayıb. 2010-cu il iyulun 6-da isə tərəflər əsas kommersiya prinsipləri üzrə saziş imzalayıb.