Azərbaycan Eurovision-2012-yə 63 milyon dollar ayırıb

Azərbaycan Eurovision-2012-yə 63 milyon dollar ayırıb

Azərbaycan dövlət büdcəsindən beynəlxalq tədbirlərin keçirilməsi üçün 77 milyon manat vəsait ayrılıb.

Nazirlər Kabineti 2012-ci ildə beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsünü aparıb. Sənədə görə, 2012-ci ildə dövlət büdcəsindən beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün 77 milyon manat vəsait ayrılıb.

Beləliklə, “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə dövlət büdcəsindən 50 milyon manat (63 milyon dollar) ayrılıb.

Dövlət büdcəsindən tədbirlərin keçirilməsi məqsədi ilə Milli Məclisə 828,35 min, Hesablama Palatasına 64,00 min, Fövqəladə Hallar Nazirliyinə 80,00 min, Xarici İşlər Nazirliyinə 2601,25 min, İqtisadi İnkişaf Nazirliyinə 2882,80 min, Kənd Təsərrüfatı Nazirliyinə 354,00 min, Mədəniyyət və Turizm Nazirliyinə 5400,00 min, Müdafiə Nazirliyinə 523,00 min, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 150,00 min, Sənaye və Energetika Nazirliyinə 180,00 manat, Təhsil Nazirliyinə 18,45 min, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 33,00 min, Diasporla İş üzrə Dövlət Komitəsinə (o cümlədən, diaspora fəaliyyətinin həyata keçirilməsinə dəstək) 3818,00 min, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 177,00 min manat vəsait ayrılıb. Bununla yanaşı Nazirlər Kabineti 9890,15 min manat vəsaiti beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üzrə ehtiyat vəsait kimi saxlayıb. Dövlət büdcəsindən həmçinin digər beynəlxalq fəaliyyət xərcləri üzrə 32 milyon manat ayrılıb. Bu vəsaitdən 10 milyon manatı beynəlxalq qrantlar, ianələr və yardımlara, 15 milyon manat xarici ölkələrdə Azərbaycanın mülkiyyətinə daşınmaz əmlakın alınmasına, istismarı və yenidən qurulmasına, 7 milyon manat isə digər məqsədlərə xərclənəcək.