Accessibility links

Azərbaycanda təhsilin inkişaf perspektivləri müzakirə edilib


Azərbaycanda təhsilin inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanda təhsilin inkişaf perspektivləri müzakirə edilib

elmin inkişaf istiqamətləri, ali təhsilin prioritetləri diqqət mərkəzində olub.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə prezident İlham Əliyevin 2011-ci il noyabrın 11-də imzaladığı “Azərbaycan -2020: gələcəyə baxış” konsepsiyasının hazırlanması ilə bağlı sərəncamım yerinə yetirilməsi məqsədilə “Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr” mövzusunda dəyirmi masa keçirib.

YAP funksionerlərinin, Milli Məclisin deputatlarının, Təhsil naziri Misir Mərdanovun, universitet rektorlarının qatıldığı forumda təhsilin modernləşdirilməsi, təhsil islahatları, tərbiyə müəssisələri, elmin inkişaf istiqamətləri, ali təhsilin prioritetləri diqqət mərkəzində olub.

“Biz yaddaşa əsaslanan təhsildən təfəkkür, düşüncə məktəbinə əsaslanan təhsilə keçirik”,- deyə Təhsil naziri Misir Mərdanov qeyd edib.

Azərbaycanda təhsillə bağlı 10-dan çox dövlət proqramı həyata keçirilir. Dünya Bankı ilə isə imzalanmış iki layihə həyata keçirilib, üçüncü layihə isə fəaliyyətdədir. “Avropa Birliyinin strateji inkişaf proqramına görə, Ümumi daxili məsulun 3 faizə qədəri təhsilə yönəldilməlidir. Azərbaycanda bu 0,2 faiz təşkil edir. Orta ümumtəhsil məktəblərini qurtaranadək şagirdlərin 10 faizə qədəri məktəbləri tərk etməməlidir. Bu sahədə ölkədə problem yoxdur. Üçüncü prioritet isə orta məktəbi qurtaranların 30 faizi ali məktəblərə qəbul olmaldırı. Azərbaycanda bu rəqəm 20 faiz təşkil edir ”, - deyə nazir bildirib.

Forumda təhsilə dövlət qayğısının yüksək olması, son illər dövlət büdcəsində təhsil xərclərinin 5 dəfə artması , 2200 yeni məktəb tikilməsi, yüzlərlə məktəbin yeni avadanlıqlara təchiz edilməsi, 400 adda dərsliyin məzmunun dəyişdirilməsi, hər 20 şagirdə 1 komputer düşməsi, məktəblərin 26 faizinin sürətli internetlə təmin edilməsi və başqa inkişaflar qeyd edilib.

“Bütün bunlara baxmayaraq təhsilin davamlı inkişafı təhsilin məzmunu ilə bağlıdır. Biz yaxın zamanlarda 12 illik orta ümumtəhsil sisteminə keçməyi planlaşdırırıq. Repetitor problemini aradan qaldırmaq üçün 11 və 12-ci siniflərdə istiqamətlər üzrə dərslərə keçəcəyik. Repetitorluq təhsilə ciddi zərbə vuran amildir”, - M.Mərdanov qeyd edib

O həmçinin məktəbəqədər tərbiyə və texniki peşə təhsili sahəsində ciddi problemlərin olduğunu diqqətə çatdırıb. “Azərbaycanda uşaqların yalnız 16,7 faizi məktəbəqədər tərbiyə müəssisələrinə cəlb edilir. Ölkənin yaşayış məntəqələrinin 70 faizində uşaq tərbiyə müəssisələri yoxdur. Halbuki qanunvericilikdə 5 yaşından uşaqların tərbiyə müəssislərinə cəlbi məcburidir”, M.Mərdanov xatırladıb.

Dəyirmi masada həmçinin Bakının mərkəzindəki universitetlərin bir çoxu üçün şəhər ətrafında kampusların tikilməsinin vacibliyi, alimlərin kəşflərinin qeydə alınmaması, elmə ayrılan vəsaitin rasional bölünməməsi, Təhsil televiziyasının yaradılması, xaricə göndərilən tələbələrin ixtisas sahəsində texniki elmlərin çəkisinin artırılmasının vacibliyi qeyd edilib.

Bəzi, mütəxəssislər test imtahanlarının yalnız ali məktəblərə qəbul üçün tətbiqinin səmərəli olduğunu deyib. Ancaq, ali məktəbə qəbul olmuş tələbələrin ixtisas seçimi üzbəüz olmalıdır.

Maraqlı cəhətlərdən biri də ölkədə 30 yaşınadək doktor elmi dərəcəsi almış şəxslərin olmamasıdır. 40 yaşınadək olan elmlər doktorları cəmi 16 nəfərdir.

Mütəxəssislər ali təhsildən kənar qalan insanlar üçün də dövlət proqramlarının işlənməsini vacib bilib. “Hər il orta məktəbləri orta hesabla 100 min şagird bitirir. Onların cəmi 30 mini ali təhsil alır. 70 min insanın taleyi düşünülməlidir. Onların təhsilə və işə cəlb edilməsi ilə bağlı proqramlar işlənməlidir”, - deyə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qeyd edib.

Çıxışlarda eyni zamanda test imtahanlarının suallarının orta təhsilin səviyyəsinə uyğunlaşdırılması diqqətə çatdırılıb. Orta məktəbin yuxarı siniflərində təhsilin keyfiyyətinin saxlanması üçün qəbul imtahanlarının səviyyəsi tədris müstəvisi ilə uyğunlaşdırılmalıdır.

XS
SM
MD
LG