Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev sentyabrın 22-də Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
AzərTAc agentliyinin məlumatına görə görüşdə iki ölkə arasında enerji-yanacaq sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusu ətrafında konstruktiv fikir mübadilələri aparılıb, əlaqələrin gələcəkdə daha da genişləndirilməsi yolları müzakirə edilib.
Xatırladaq ki, ARDNŞ prezidentinin Aşxabada səfəri Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimindən iki gün sonraya təsadüf edir. Təməlqoyma mərasimində Türkmənistan qazının da Avropaya nəqli ilə bağlı fikirlər səslənib.