İyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Abdullah Gülün və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun birgə görüşü olub.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqları və ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulanıb, ölkələr arasında əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.