Türkiyənin baş naziri Azərbaycanda səfərdə olub. Azərbaycan prezidenti və Türkiyənin baş naziri TAP, TANAP layihələri və “nurçu”lrala bağlı sullara cavab verib
Aprelin 4-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olub.
Türkiyə baş naziri ilə Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. Sonra dövlət başçıları birgə mətbuat konfransı keçirib.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşlərdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
APA agentliyinin birgə mətbuat konfransından yaydığı məlumatda deyilir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsində ölkəsinin mövqeyinin dəyişməyəcəyini bildirib.
Baş nazir bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində bu günə qədər necə qərarlılıq içərisində olubsa, bundan sonra da eyni qərarlılıq davam edəcək. “Bu mövqedən güzəştə getməyimiz mümkün deyil”, o qeyd edib.
Baş nazir Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin Türkiyə və Azərbaycan arasında qardaşlığı gücləndirəcəyini deyib.
Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələri iki ölkə arasında bağların güclü olduğunu göstərən önəmli yatırım layihələridir: “Bunlar bizim siyasi, iqtisadi, mədəni, hərbi və ticarət əlaqələrimizin hansı səviyyəyə yüksəldiyini göstərir. Qardaşlıq və həmrəyliyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcək, bundan heç kimin ən xırda şübhəsi belə olmasın. İkitərəfli görüşümüzdə qarşılıqlı əməkdaşlığın bütün sahələrini ətraflı müzakirə etdik, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda da bütün məsələlər müzakirə olundu. Nazirlərimiz öz aralarında enerji və hərbi sənaye sahəsində əlaqələrin inkişafını müzakirə etdilər. Son vaxtlar Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər artıb. Bundan sonra da bu cür səfərlər davam edəcək”.
TANAP-ın təməlinin nə vaxt atılacağı ilə bağlı sualı cavablandıran R. T. Ərdoğan hazırda layihə ilə bağlı Türkiyədə “kamulaştırma” (torpaq sahələrinin dövlət ehtiyacı üçün fiziki və ya hüquqi şəxslərdən satın alınması) prosesinin davam etdiyini söyləyib: “Bu layihənin tezliklə həyata keçirilməsini istəyərik. Təməli ilin sonuna qədər ata bilərik. Boruların döşənməsinə tez müddətdə başlanılması zəruridir”.
Azərbaycan prezidenti İlham Əliyev isə TANAP-ın Azərbaycan və Türkiyənin birgə layihəsi olduğunu vurğulayıb: “İki ölkə bu layihənin müəllifidir. Ölkə rəhbərlərinin iradəsi bu layihədə böyük rol oynayıb. Layihə həyata keçdikdən sonra ölkələrimiz bir-birinə daha sıx bağlı olacaq, siyasi-iqtisadi imkanlarımız artacaq. Layihəni vaxtlı-vaxtında icra etmək istəyirik. Hər şey cədvəl üzrə gedir, hesab edirəm ki, 2018-ci ildə əziz qardaşımla birlikdə bu layihənin açılışını edəcəyik”.
Birgə mətbuat konfransında türkiyəli jurnalist “nurçular”la bağlı yaranmış problemə dair hər iki liderə sual ünvanlayıb.
APA bildirir ki, “Əl-Cəzirə - Türkiyə”nin müxbiri R. T. Ərdoğandan İ.Əliyevlə görüşdə nurçuların Azərbaycandakı təhsil ocaqlarının bağlanması məsələsini qaldırıb-qaldırmadığını soruşub.
Türkiyənin baş naziri deyib ki, Türkiyədə keçirilən hər seçkidən sonra ilk səfərini Azərbaycana edir: “Təbii ki, bu səfərlər zamanı ölkələrimizdə hər hansı problem, bizi narahat edən hər hansı sıxıntı varsa, bunu aramızda müzakirə edirik”.
Jurnalist Azərbaycanda nurçularla əlaqəsi olan bəzi vəzifəli şəxslərin işdən uzaqlaşdırılması barədə xəbərləri xatırladaraq, prezident İlham Əliyevin bu məsələyə münasibətini öyrənmək istəyib.
Azərbaycan prezidenti suala cavab olaraq bunları deyib: “Qardaşımın da dediyi kimi, biz ildə bir neçə dəfə görüşürük və görüşlərimiz ənənəvi xarakter daşıyır. Gələn ay da, iyun ayında da görüşlərimiz ola bilər. Müttəfiq, dost və qardaş kimi aramızda olan söhbətlər çox geniş sahələri əhatə edir. Əsas məsələ budur ki, biz bütün sahələrdə həmfikirik. Bizə zərrə qədər zərər verən məsələləri qəbul etmirik. Buna imkan vermirik və verməyəcəyik. Qardaşlıq, dostluq belə də olmalıdır. Ölkələrimizin gələcək inkişafı, dünyada yerimizi möhkəmləndirmək üçün Azərbaycan-Türkiyə birliyi davam etməlidir və edəcək. Bu, xalqlarımızın sifarişi və rəhbərlərin əqidəsidir. Həmişə yaxşı günlərdə və yaxşı olmayan günlərdə bir-birimizin yanında olmuşuq. Qardaşlar zatən belə olmalıdır və belə də olacaq”.
Azərbaycan İctimai Televiziyasının əməkdaşı R.T.Ərdoğana “bəzi kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, sizin partiyanın “nurçular”la bağlılığı var. “Nurçular”la mübarizə barədə nə deyə bilərsiniz”, şəklində sual ünvanlayıb.
Türkiyənin baş naziri cavabında sualın qəribə olduğunu söyləyib: “Bizim yalnız millətlə bağlılığımız var. Seçkidə aldığımız 46 faiz nəticə bunu göstərir. Biz Türkiyənin hər yerində bələdiyyə başqanlığı qazanan yeganə partiyayıq. Ölkəmizdəki 7 bölgənin 6-da birinci partiyayıq. Biz xalqın hamısını qucaqlayırıq, digər partiyalar bunu bacarmır. Biz bütün 77 milyon əhalinin partiyasıyıq. Dörd əsas prinsipimiz var: tək millət, tək bayraq, tək vətən və tək dövlət...”