Elmar Məmmədyarov məktubunda suala münasibət olduğunu deyib
Martın19-da Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarovla Maya Pancikidzeninin görüşündə birgə enerji layihələri də daxil olmaqla, müxtəlif sahələrdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı müzakirə olunub. Bundan əlavə, nazirlər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı dəstəklədiklərini bildiriblər.
Danışıqlardan sonra nazirlər jurnalistlərin suallarını cavablandırıblar. Azərbaycan xarici işlər naziri Qəbələ RLS-in təhvil-qəbulunu şərh edərkən deyib ki, iş birgə komissiyanın planına əsasən aparılır. Komissiyaya Azərbaycan tərəfdən Xələf Xələfov rəhbərlik edir. Nazir ümidvar olduğunu bildirib ki, proses yaxın zamanlarda başa çatacaq.
E.Məmmədyarov Azərbaycan hökumətinin ATƏT-in Bakı ofisinin mandatını məhdudlaşdırmaq təşəbbüsü barədə sualı şərh etməkdən yayınıb. “Mən öz məktubumda münasibətimi bildirmişəm”, - o qeyd edib.