Görüşün yekunları ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistan və Azərbaycan nazirləri qısa bəyanatla çıxış edib
Mayın 17-də Krakovda görüşün yekunlarına görə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan və Azərbaycan XİN rəhbərləri qısa bəyanatla çıxış ediblər.
Sənəddə deyilir ki, görüşdə həmsədrlər İqor Popov, Jak For və Yan Kelli, habelə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
Görüş iştirakçıları sülh prosesinin irəlilədilməsinin mümkün yollarını müzakirə ediblər.
Nazirlər hazırki vəziyyət haqqında fikir mübadiləsi aparıblar və regionda sülhə şərait yaratmağa sadiq olduqlarını təsdiq ediblər.
Həmsədrlər gərginliyi artıracaq və ya sülh prosesinə ziyan vuracaq hərəkətlərdən və ritorikadan uzaq olmağa çağırıblar, habelə nazirlərlə sülh atmosferinin yaxşılaşdırılması üçün etimadı gücləndirəcək tədbirləri müzakirə ediblər.
Həmsədrlər bütün bu məsələlərin Azərbaycan və Ermənistan prezidentləri ilə müzakirə etmək üçün bu ayın sonlarında regiona səfər etmək niyyətindədirlər.