Firma qəzetə olan borcunu ödəmir
İyulun 19-da “Azadlıq” qəzetinin kollektivi, jurnalistlər, ictimai xadimlər “Qasid” mətbuat yayımı üzrə dövlət firmasının ofisinin qarşısında piket keçirib.
Aksiya iştirakçıları “Qasid”in qəzetə olan 40 min manatdan çox borcunu ödəməyi tələb ediblər. Piketdə “Bizim pullarımızı qaytarın!” və “Mətbuat azadlığını boğanlara ar olsun!” şüarlarını qaldırılıb.
Firma qəzeti köşkləri vasitəsi ilə istehlakçılara çatdırır lakin, satışdan əldə edilən pulu qəzetə qaytarmır.
“Qasid” firmasının direktor müavini Ağəli İsmayılov piketçiləri qəbul edib. O bildirib ki, firmanın özü maliyyə böhranı içərisindədir.
“Qasid”in paytaxtda mərkəzi küçə və meydanlardakı çoxsaylı köşkləri sökülüb, yerində yeniləri quraşdırılmayıb. Üstəlik də yay ayları olduğundan on minlərlə oxucu istirahətə gedib. Bu isə qəzet satışının ciddi şəkildə azalmasına səbəb olub.
“Hazırda “Qasid”in pulu yoxdur. Biz nə sizə, nə də başqa qəzetlərə borcu ödəyə bilmirik, bura dövlət qəzetləri də daxildir. Borcların ödənilməsinə sentyabrdan sonra başlaya bilərik”, - A.İsmayılov bildirib.
“Azadlıq” qəzetinin redaktorunun birinci müavini Rahim Hacıyev qəzetə olan borcun ödənilməməsinin siyasi səbəblərlə bağlı olduğunu bildirib.
“Qasid”in direktoru iqtidar partiyasının üzvüdür və bu partiyanın müdafiəsi ilə Milli Məclisin deputatı olub. Hakimiyyətin yüksək rəsmiləri “Azadlıq” qəzetini kəskin tənqid edir. Qəzet rəsmi şəxslərin korrupsiya əməllərini ictimai diqqətə çatdırdığından nəşri susdurmaq üçün bu addımı atırlar. Qəzetin borcu ödənilməzsə nəşriyyat xərclərini ödəyə bilmirik və bu da qəzetin nəşrindən imtinaya səbəb olacaq”, o qeyd edib.
Hacıyev “Qasid”ə qarşı məhkəmə iddiası qaldırmaq niyyətində olduqlarını da diqqətə çatdırıb.
Tanınmış publisist Şahvələd Çobanoğlu deyib ki, “Qasid” borcu qəsdən ödəmir və bu hərəkətlər “Azadlıq” qəzetinə təzyiq göstərmək üçün siyasi məqsəd daşıyır.