AXCP fəal üzvü Türkel Əlisoyun işgəncəyə məruz qaldığını bildirir. DİN mətbuat xidməti deyilənləri təkzib edir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası polisə müqavimət ittihamı ilə 20 sutka həbs cəzası verilən Türkel Əlisoyun işgəncəyə məruz qalması ilə bağlı bəyanatla çıxış edib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə işgəncə və kobud rəftarla bağlı deyilənləri təkzib edir.
AXCP-nin bəyanatında deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qondarma ittihamlarla həbsə atılan gənc siyasi fəal, AXCP üzvü Türkel Əlisoyun martın 8-də ictimailəşən məktubunu yerli və beynəlxalq aləm üçün həyacan təbili sayır.
Türkel Əlisoy 5 martda heç bir əsas olmadan, ancaq tənqidi müxalif mövqeyinə görə polis tərəfindən oğurlanıb. Bir sutka gizlədildikdən sonra məhkəmə önünə çıxarılaraq “polisə müqavimət göstərmək” adı ilə 20 sutka həbslə cəzalandırılıb.
Ötən gün təcridxanadan Türkel Əlisoy məktub göndərərək ona Xətai rayon polis idarəsində əqidəsindən döndərilmə, ələ alınma cəhdindən, “polisin adamı olması” üçün ona verilən işgəncələrdən yazıb.
Bəlli olub ki, Azərbaycan hüquq mühafizə orqanları hakimiyyətin siyasi sifarişlərinin icraçısı deyil, əksinə siyasi hakimiyyətin özüdür.
Türkel Əlisoy yazır ki, polis idarəsində və bölməsində onu qandallayaraq döyüb, təhqir ediblər, yemək-içməkdən məhrum ediblər. Bütün bunlar ancaq ona görə olub ki, cəbhəçi gənci öz iradəsi əleyhinə yönəltmək olmayıb.
Daha sonra cəbhəçi gənc "ya narkotik, ya da polisə müqavimət maddəsi” seçimi qarşısında qoyulub.
Çox simvolikdir ki, Türkelə bu işgəncələri verənlərin başında İlham Əliyevin “igidliyə görə” medalla təltif etdiyi Cavid Usubov dayanıb.
AXCP baş verənləri şiddətlə pisləyir və polisin bu anti-insani hərəkətinə görə birbaşa İlham Əliyevin məsuliyyət daşıdığını bəyan edir.
Azərbaycan polisinin siyasi fəallara qarşı belə vəhşi davranışının əsas səbəbi heç şübhəsiz ki, İlham Əliyevin “mən heç bir polisi cəzalandırmayacağam” bəyanatına dayanır.
AXCP hakimiyyətdən tələb edir ki, qanunsuz həbsləri dayandırmağa cəsarət göstərə bilmirsə, heç olmasa mərdlik göstərib, ləyaqətli düşmən olmağı bacarsın. Tutduğu günahsız insanların tam müdafiəsizliyindən istifadə edib, onlara əsir və girovlara tətbiq edilən işgəncələri verməsin.
AXCP beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarını Azərbaycanda polis sistemində yer alan “işgəncə ocaqlarına”, Avropa Şurasına üzv olan dövlətin hansı biabırçı əməllərlə məşğul olmasına diqqət ayırmağa çağırış edir”, bəyanatda qeyd edilir.
Xatırladaq ki, Xocalı faciəsinin qurbanlarının anım mərasimi zamanı polislə insidentdən sonra polisə müqavimət ittihamı ilə son günlər AXCP-nin 7 fəalı inzibati qaydada müxtəlif müddətlərə həbs edilib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə
Amerikanın Səsinə Türkel Əlisoyun kobud rəftara və təzyiqə məruz qalması ilə bağlı məlumatları təkzib edib.
“Türkel Əlisoyun işgəncəyə məruz qalması barədə yayılan məlumatları qəti şəkildə təkzib edirik. Əlisoyun Xətai rayon polis idarəsində və 35-ci polis bölməsində qandallanması, işgəncəyə məruz qalması barədə yazılanlar cəfəngiyatdır, böhtan və təxribat xarakterli dezinformasiyadır. Bu məlumat ictimai diqqəti özünə yönəltmək, özlərini cəfakeş, hüquqlarının pozulması kimi göstərmək xatirinə dövriyyəyə buraxılıb”, o qeyd edib.
Cənab Mansurzadə həmin şəxsin inzibati həbs olunanların saxlanma məntəqəsindən məktub göndərməsi barədə yazılanları da qeyri-real hesab edir. “Bu məntəqə öz ciddi daxili nizam-intizam qaydalarına malik spesifik qapalı tipli müəssisə olduğundan orada saxlanılan hər hansı bir şəxsin iddia olunan formada məktub yazması və göndərməsi mümkünsüzdür”.
Türkel Əlisoy martın 5-də polis tərəfindən saxlanıb və martın 6-da məhkəmənin qərarı ilə polisin qanunu tələbinə tabe olmama ittihamı ilə 20 sutka inzibatı qaydada həbs edilib.
DİN rəsmisinin sözlərinə görə, Əlisoy saxlama məntəqəsinə qəbul olunarkən tibbi müayinədən keçib və onun üzərində işgəncə və ya kobud rəftarın əlamətini göstərən iz və ya əlamət aşkarlanmayıb.
“Partiyanın bəyanatında deyilənlər doğru olsa idi yəqin ki, tibbi müayinə zamanı hər hansı bir formada təsdiqini tapardı. Bu səbəbdən də demək olar ki, yayılan məlumat tam dezinformasiyadır və məsələnin məqsədli şəkildə qəsdən siyasiləşdirilərək şişirdilməsi, ətrafında yersiz hay-küyün qaldırılması ölkədə insan hüquqlarının pozulması barədə yanlış ictimai rəy formalaşdırmaq və cəmiyyət arasında polisin yüksək imicinə kölgə salmaq məqsədi daşıyır”, şöbə rəisi Amerikanın Səsinə bildirib.