Onlar AXCP-nin Sabirabad rayonunda keçirəcəyi müşavirə öncəsi saxlanıb və narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilovu və dayısı oğlu Səbuhi Nadirovu fevralın 27-də günorta saatlarında yaşadıqları Sabirabad rayonunun Xəlfəli kəndində polis saxlayıb. Hazırda hər iki şəxs Sabirabad rayon polis şöbəsindədir. Saxlanma səbəbləri ilə bağlı ailə üzvlərinə məlumat verilmir.. Bu barədə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Amerikanın Səsinə bildirib.
“Murad və Səbuhinin hər hansı günahı yoxdur. Onlar mənim "qurban"ımdır. Hökumət yenə də xislətinə sadiqdir, mənə belə təsir etmək istəyirlər. Murada dəfələrlə demişdim ki, mənə görə sənin başına min bir oyun gətirə bilərlər. Çünki son vaxtlar aramsız təhdidlər almaqdayam, sadəcə ictimai xofu gücləndirməmək üçün onları xəbər etməyə qıymırdım”, Natiq Əbilov bildirib.
AXCP mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, martın 10-da onun Xəlfəli kəndindəki ata evində AXCP-nin Sabirabad rayonunda müşavirəsinin keçirilməsi nəzərdə tutulur. Bu barədə AXCP Sabirabad rayon təşkilatının məclisi ötən həftənin bazaar günü qərar qəbul edib.
“Ona görə də yaxın adamlarının polisə çağırılmalarının tədbir öncəsi təzyiq ola bilməsini istinsa etmirəm”.
Öz növbəsində Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev APA agentliyinə bildirib ki, polisin keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Sabirabad rayonu Xəlfəli kənd sakinləri Murad Ədilov və Səbuhi Nadirov tutulub.
Faktla bağlı araşdırma aparılır.