Fevralın 25-də Xəzər rayon məhkəməsinin hakimi Əfqan Qəhrəmanovun sədrliyi ilə 17 saylı cəzaçəkmə müəssisəsində səyyar iclas keçirilib. Məhkəmə Nemət Pənahlının cəzasının qalan hissəsini qapalı tipli Qobustan həbsxanasında çəkməsi barədə qərar qəbul edib. Qərar cəzaçəkmə müəssisəsinin rəisi Arif Mirzəyevin təqdimatı əsasında qəbul edilib və Pənahlının daxili nizam-intizamı pozması ilə əsaslandırılıb.
Vəkil Elçin Əliyev bildirib ki, Pənahlı qərarla razı olmadığını bildirib və apellyasiya şikayəti vermək niyyətindədir. “Məhkəmənin qərarı qanunsuzdur”, o qeyd edib.
N.Pənahlının həyat yoldaşı Həcər xanım məhkəmənin qərarını ədalətsiz adlandırıb. Onun sözlərinə görə, son günlər həyat yoldaşı yenidən karserə salınmışdı. Ona əvvəllər də qanunsuzluğa qarşı etirazları və məhbusların hüquqlarına riayət edilməsi tələbləri ilə əlaqədar bu cəza verilmişdi. H.Pənahlı prezident Ilham Əliyevə şikayət etmək niyyətindədir.
Nemət Pənahlı və Ceyhun Fərzullayev 8 yanvar 2011-ci ildə xuliqanlıq və az ağır bədən xəsarəti yetirməkdə ittiham olunaraq həbs ediliblər. Onlar müvafiq olaraq, 6 və 4 il müddətinə azadlıqdan məhrum edilib. Fərzullayev ötən ilin sonlarında əfv edilib.
Yerli hüquq müdafiə təşkilatları Nemət Pənahlını siyasi məhbus hesab edir.