Avropada iqtisadi qeyri-müəyyənlik yaşanır

  • Amerikanın səsi

Avropada iqtisadi qeyri-müəyyənlik yaşanır

İtaliyanın dövlət krediti endirildikdən sonra və Yunanıstanın xilas paketi ilə bağlı müzakirələr ərəfəsində Avropada iqtisadi qeyri-müəyyənlik hökm sürür.

Dünən S&P İtaliyanın kreditini A+ dan A balına endirərək perspektivin mənfi olduğunu bildirib.

S&P qərarın verilməsinə bir neçə faktoru əsas gətirib. Bu sıraya iqtisadi, maliyyə və siyasi zəifliklər daxildir.

İtaliya parlamenti ötən həftə 80 milyard dollar həcmində büdcə defisiti planı qəbul edib.

Bu arada Yunanıstan paytaxtı Afinada tələbələr bir araya gələrək ixtisarlara etiraz ediblər. Onlar ixtisarların onları kitabsız və müəllimsiz qoyduğunu deyirlər.