Bu gün Avropa İttifaqının Suriya hökumətinə qarşı yeni sanksiyalar tətbiq etdiyi bir vaxtda Suriya təhlükəsizlik qüvvələri azı üç mülkü vətəndaşı güllələyib. Suriya fəallarının sözlərinə görə, hökumət qüvvələri cümə namazından sonra küçələrə çıxan minlərlə nümayişçiyə hücum edib.
Avropa İttifaqı ölkədə neft sektoruna investisiya qoyuluşu da daxil edilməklə, Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib. Avropa İttifaqının xarici məsələlər şöbəsinin rəhbəri Katrin Aşton qərarın sentyabrın 2-si Suriya xam neftinin idxalına qoyulmuş qadağaya əlavə edildiyin bildirir. Aşton deyib ki, bu sanksiyalar Suriya hökumətinə maksimum təsir göstərmək üçün qoyulub və bu, Suriya əhalisinə mənfi təsirin azaldılmasına yardım edir. Bu ölçülərə Suriya mərkəzi bankının qiymətli kağızlarla təmin edilməsinin dayandırılması, hesabların dondurulması və Suriya hökuməti ilə əlaqəsi olan şəxslərin səyahət qadağaları daxildir.