Accessibility links

Avropa Komissiyasının rəhbəri Avropanı iqtisadi böhrana qarşı birləşməyə çağırıb


Avropa Komissiyasının rəhbəri Avropanı iqtisadi böhrana qarşı birləşməyə çağırıb
Avropa Komissiyasının rəhbəri Avropanı iqtisadi böhrana qarşı birləşməyə çağırıb

Avropa Komissiyasının rəhbəri Hose Manuel Barroso iqtisadi böhranın kölgəsində Avropanı daha çox birlik nümayiş etdirməyə çağırıb.

Fransanın Strasburq şəhərində Avropa Parlamentində çıxış edən cənab Barroso maliyyə əməliyyatlarına dair yeni vergilərə səsləyib. İllik vergilər 75 milyard dollara qədər arta bilər. Son 3 ildə Avropa Birliyi Avropadakı hökumətlərə 6.3 trilyon dollara yaxın maliyyə yardımı ayırıb.

Bundan başqa çıxışında cənab Barroso Avro-Rabitənin yaradılmasını təklif edib. Bu sistem 17 dövlətin avrodan istifadə edərək bir-birinə kreditlər verməsinə imkan yarada bilər.

Barroso hazırki iqtisadi böhranı Avropa Birliyi tarixində ən ciddi böhran adlandırıb.

XS
SM
MD
LG