Avropa Şurası Azərbaycan və Ermənistanı dialoqa çağırır
Ermənistan və Azərbaycanın Nazirlər Komitəsində qarşıda duran sədrliyi ilə əlaqədar Avropa Şurası tərəflərin qarşılıqlı ittihamlara son qoyacağına və konstruktiv dialoqa başlayacağına ümid edir. Bu barədə yanvarın 21-də - AŞPA-nın qış sessiyasının açıldığı gün Strasburqda keçirilən mətbuat konfransında qurumun sədri Jan Klod Minyon Assambleyanın Qarabağ münaqişəsinin tənzimlənməsində mümkün rolu barədə suala cavab verərkən bildirib.
Turan agentliyinin məlumatına görə, Minyon deyib ki, bu məsələ həmişə onun diqqət mərkəzindədir.
“Mən həmişə bu məsələnin həlli ilə bağlı addımlar atmağa çalışmışam, hər dəfə parlament diplomatiyasına dayanaraq, hər iki nümayəndə heyətinin rəhbərləri ilə görüşlər keçirirəm. Hesab edirəm ki, bu görüşlər müsbət atmosferdə keçir. Yaxşı bilirəm ki, Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir. İndiyədək ATƏT-in Minsk Qrupu münaqişənin nizamlanması məsələsində böyük işlər görüb. Mən hər zaman Parisdə cənab Jak Forla (MQ-nin Fransalı həmsədri –red.) görüşürəm və deyə bilərəm ki, bu istiqamətdə iş davam edir. Hesab edirəm ki, yaxın günlərdə Minsk Qrupu öz təkliflərini təqdim edəcək və gördüyü işlər barədə məlumat verəcək.
5 ay sonra Ermənistan AŞ Nazirlər Komitəsində sədrlik edəcək, daha sonra Avstriya, sonra isə Azərbaycan sədr olacaq.
Mən artıq açıq münaqişə şəraitində olan hər iki ölkənin nümayəndə heyətinə demişəm ki, münaqişənin nizamlanması üzrə addımlar atmasalar, Avropa Şurası üçün Ermənistan və Azərbaycanın sədrliyi dövründə çətin olacaq. AŞ Nazirlər Komitəsinin sədri ilə hər iki ölkəyə səfər etməyi çox istərdim. Belə bir hissim var ki, məsələdə irəliləyiş əldə oluna bilər”, deyə Minyon bildirib.