Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci ildə keçirilmiş parlament seçkilərində deputatlığa namizəd olmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin şikayətləri ilə bağlı qərar qəbul edib.
Deputatlığa namizəd olmuş şəxslər Avropa Məhkəməsinə azad seçki hüququnun pozulması və siyasi ayrı-seçkiliyə məruz qaldıqları ilə bağlı şikayət edib.
Məhkəmə Azərbaycan dövlətinin AXCP sədri Əli Kərimliyə maddi ziyana görə 20 min avro, mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməsinə qərar verib.
Qulamhüseyn Əlibəyliyə Azərbaycan dövləti mənəvi ziyana görə 7500 avro, məhkəmə xərclərinə görə 3000 avro ödəməlidir. Arif Hacılı və Sərdar Cəlaloğluya da 7500 avro cərimə ödənməlidir . Eyni zamanda, məhkəmənin qərarına görə, Azərbaycan dövləti Arif Hacılı ilə Sərdar Cəlaloğluya məhkəmə xərclərinə görə 1600 avro ödəməlidir.
Deputatlığa namizəd olmuş şəxslər Avropa Məhkəməsinə azad seçki hüququnun pozulması və siyasi ayrı-seçkiliyə məruz qaldıqları ilə bağlı şikayət edib.