Avropa İttifaqı və ABŞ Türkiyəni kürdlərə qarşı kampaniyada təmkin göstərməyə çağırır

Avropa İttifaqı və ABŞ Türkiyəni kürd üsyançılarına qarşı intensiv hava hücumları kampaniyasında təmkin göstərməyə çağırıb. Bu çağırış PKK döyüşçülərinin yol kənarında yerləşdirdiyi bombanı partlatması nəticəsində iki türk əsgəri və bir mühafizəçinin öldüyü günə təsadüf edir.

Həm Avropa İttifaqı, həm ABŞ Ankaranın PKK-nin ölkənin cənub-şərqində və İraqın şimalında hücumlarından müdafiə etmək hüququ olduğunu bildirib. Lakin Avropa İttifaqının genişləndirmə məsələləri üzrə komissarı Yohannes Han deyib ki, Türkiyənin cavabı “proporsional, hədəfi məlum olmalı və heç bir şəkildə demokratik siyasi dialoqu təhlükə altına almamalıdır.”

ABŞ Dövlət Departamenti PKK-nı zorakılqılardan imtina etməyə və Türkiyə ilə danışıqlara yenidən başlamağa çağırıb, lakin eyni zamanda, Ankaranın hava hücumları kampaniyasını proporsional şəkildə aparmalı olduğunu bildirib.

Türkiyənin təhlükəsizlik qüvvələri kürd üsyanşıların ölkənin cənub-şərqində hərbi maşını partladaraq, iki əsgəri və bir mühafizəçini öldürdüyünü bildirib.

Hücum Şirnak vilayətinin Araköy ərazisində baş verib. Təhlükəsizlik orqanlarının rəsmiləri PKK üvlərinin bombanı hərbi maşının ərazisindən keçdiyi zaman partlatdığını bildiriblər.