Accessibility links

Barzani PKK-nı İraqda kürdlərin ərazisindən döyüşçülərini çıxarmağa çağırıb


İraq Kürdüstanın lideri PKK-nı Türkiyənin hava hücumları zamanı mülki əhali arasında tələfata yol verməmək üçün İraqda kürdlərin ərazilərindən döyüşçülərini çıxmağa çağırıb.

"PKK Kürdüstanda mülki əhalinin döyüş və münaqişə qurbanına çevrilməməsi üçün Kürdüstan regionundan öz döyüşçülərini çıxarmalıdır"-deyə regionun prezidenti Məsud Barzani bəyanatında bildirib.

Bəyanatda İraqın şimal-qərb bölgəsində hava hücumları zamanı xəsarət və əmlaka zərər dəydiyi haqda verilən xəbərlərdən sonra Türkiyənin hava hücumları da qınanıb.

"Biz Kürdüstan regionunun vətəndaşlarının şəhid olması ilə nəticələnmiş bomba hücumunu pisləyirik və Türkiyəni vətəndaşları bombalamağı təkrar etməməyə çağırırıq"-deyə bəyanatda bildirilir.

İraqın Kürdüstan bölgəsinin prezidentinin bəyanatında həmçinin PKK və Türkiyə hökuməti sülh prosesini bərpa etməyə çağırılır.

Türkiyə İraqla sərhədin hər iki tərəfindən dağlarda kürd üsyançılarının mövqelərinə qarşı yüzlərlə reyd təşkil edib.

Türkiyə daxilində bir sıra hücumlardan sonra Ankaranın bir həftə bundan əvvəl başladığı hərbi kampaniya zamanı bir neçə mülki vətəndaşın öldüyü və yaralandığı bildirilir.

Məsud Barzaninin Kürdüstan Demokratik Partiyası ilə PKK arasında tez-tez mübahisələr baş versə də, PKK üsyançılarının İraq ərazisində ucqar dağlıq bölgələrdə sığınacaq tapmasına imkan verilir.

XS
SM
MD
LG