Aunq San Suu Kyi: Birmada yeni era başlayıb!

  • Amerikanın səsi

Aunq San Suu Kyi və tərəfdarları bazar günü keçirilən parlament seçkilərində nəhəng qələbə qazandıqdan sonra demokratiya mübarizi Birmada yeni eranın başladığını elan edib.

Birma dövlət mediası bildirir ki, seçkilərin qismən açıqlanmış nəticələri müxalifətdə olan Milli Demokratiya Liqasının 44 yerdən 40-nı qazandığını göstərir. Başqa yerlər uğrunda yarışlardakı nəticələr açıqlanmayıb. MDL bundan öncə 44 yerdən 43-nü qazandığını bildirmişdi.

Aunq San Suu Kyi Ranqundakı MLD qərargahı qarşısında toplaşan izdihama müraciətində ümid etdiyini bildirib ki, bundan sonra hökumət sadə vətəndaşların iradəsini nəzərə almağa vadar olunacaq.

O, başqa siyasi partiyaları ölkəyə demokratiya və firavanlıq bəxş etmək üçün çalışmağa səsləyib.