ATƏT-in Bakı ofisinin mandatının dəyişdirilməsi məsələsi açıq qalır
ATƏT-in Bakı ofisi mövcud mandatı çərçivəsində oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəzi təkliflər hazırlayıb.
Bakı ofisinin rəhbəri Koray Tarqay jurnalistlərə bildirib ki, əlaqədar tərəflərin iştirakı ilə üç “dəyirmi masa”nın, dörd treninqin və digər iri tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bununla belə, ATƏT-in Bakı ofisinin mandatının dəyişdirilməsi məsələsi açıq qalır.
Bundan əvvəl rəsmi Bakı ofisin statusunun “layihələrin koordinatoru”dək endirilməsini və monitorinq funksiyasından məhrum edilməsini təklif edib.
Lakin K.Tarqay qeyd edib ki, ofis fəaliyyətini öncədən müəyyən olunmuş mandat üzə davam etdirir. Onun sözlərinə görə, mandatın dəyişdirilməsi məsələsi müzakirə mərhələsindədir.
“Azərbaycan hökumətinin müəyyən təklifləri var. Eyni zamanda bəzi ATƏT üzvlərinin bu məsələyə dair öz baxışları var”, - K.Tarqay vurğulayıb.
O bildirib ki, ATƏT-in Gürcüstan və Ukrayna ofislərinin statuslarının aşağı salınması ilə bağlı vəziyyət Azərbaycandan fərqlidir.