Accessibility links

Hüquqşünaslar seçkilərin demokratikləşdirilməsi üzrə memorandum təqdim edib


Seçki qutusu
Seçki qutusu

Hüquqşünaslar və vətəndaş cəmiyyəti fəalları 2013-cü il prezident seçkilərinin demokratikliyinin təminatı üçün təkliflər irəli sürüblər

Azərbaycanın 15 hüquqşünası və vətəndaş cəmiyyəti fəalları bu gün 2013-cü il 16 oktyabr prezident seçkilərinin demokratikliyinin təmin edilməsi məqsədilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi üzrə Memorandum imzalayıb.

“Bu, ölkənin bütün siyasi qüvvələrinə müzakirələr aparmaq və seçki qanunvericiliyinin təkmilləşdirilməsi üzrə birgə tədbirlər platforması işləyib hazırlamaq üçün bir mesajdır”, deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) direktoru Anar Məmmədli təqdimat mərasimində bildirib.

Memorandum həmçinin cəmiyyətə seçki qanunvericiliyinin və təcrübəsinin durmadan pisləşməsinə, hökumətin Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi beynəlxalq qurumlarla əməkdaşlığa son qoymasına diqqət yetirmək çağırışıdır.

Hüquqşünas Vidadi Mirkamal bildirib ki, Memorandum imzalanmaq üçün açıqdır və müzakirə üçün bütün siyasi qüvvələrə göndəriləcək. Memorandum seçki şərtləri ilə razılaşmayan hər kəs üçün birləşdirici sənəddir. Memorandum həmçinin hökumətə və hakim Yeni Azərbaycan Partiyasına təqdim ediləcək. Əsas ideya demokratik seçkilərin keçirilməsi üzrə birgə tədbirlərin hazırlanmasından ibarətdir.

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov deyib ki, Memorandumun prinsipləri siyasi qüvvələrin geniş spektri tərəfindən təqdir edilərsə, müəlliflər qanunvericiliyə düzəlişlər layihəsini təqdim edəcək.

“Biz heç bir siyasi maraq güdmürük. Biz azad və ədalətli seçkilərin keçirilməsi üçün hüquqi şərtlərin formalaşdırılmasını təklif edirik”, deyə Həsənov bildirib.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Gülağa Aslanlı qeyd edib ki, Azərbaycan hakimiyyəti demokratik seçkilər keçirmək istəyirsə, Gürcüstanda son seçkilərdən nəticə çıxarmalı və siyasi qüvvələrin geniş spektri ilə əməkdaşlığa başlamalıdır.

Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Mirəli Hüseynovun fikrincə, Memorandum hakimiyyət və siyasi qüvvələr arasında seçkilərlə bağlı dialoqun başlaması üçün təkan ola bilər. Bu dialoqun vasitəçisi kimi ATƏT-in Bakı ofisi çıxış edirdi. Dialoq sonuncu dəfə 2008-ci ilin prezident seçkilərindən əvvəl baş verib.

Sənəd 6 istiqamət üzrə islahatlar həyata keçirilməsini nəzərdə tutur. Birinci istiqamət seçki sisteminin dəyişdirilməsi ilə bağlıdır və qarışıq majoritar-proporsional seçki sisteminin (parlamentə) bərpasını nəzərdə tutur.

İkinci istiqamət seçki komissiyalarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsini və komissiyalarda əsas siyasi qüvvələrin bərabər əsaslarla təmsil olunmasını nəzərdə tutur.

Üçüncü istiqamət qeydiyyat prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

Dördüncü istiqamət seçkiqabağı təşviqat kampaniyası keçirilməsi üçün ədalətli şərait yaradılmasını nəzərdə tutur (seçki kampaniyalarının müddətinin 60 gündən 120 günədək, seçkiqabağı təşviqat müddətinin isə 22 gündən 60 günədək uzadılması, sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin ləğvi, elektron KİV-də təşviqat üçün bərabər şərtlərin yaradılması).

Növbəti iki istiqamət şikayətlərə ədalətli baxılmasını (faktların müəyyən edilməsi üzrə müstəqil qruplar yaradılması təklif olunur) və səslərin hesablanmasının şəffaflığının təmin edilməsini (paralel hesablama sistemi tətbiq etməklə) nəzərdə tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG