ATƏT sədri Ermənistan və Azərbaycanı siyasi iradə nümayiş etdirməyə çağırıb

ATƏT sədri, Ukraynanın xarici işlər nairi Leonid Kojara

ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsni müzakirə edib
ATƏT sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (Amerika) və sədrin şəxsi nümayəndəsi Anjey Kaspirşiklə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Vyanada keçirilən görüşdə həmsədrlərin ötən ilin sonunda münaqişə tərəflərinə təqdim etdiyi təklif diqqət mərkəzində olub.

Leonid Kojara atəşkəs rejiminin gücləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında həmsədrlərin tərəflərə göstərdiyi yardımı tam dəstəklədiyini bildirib.
O deyib ki, bu prosesi mümkün qədər irəli aparmaq üçün tərəflərlə əməkdaşlıq etmək Ukrayna üçün prioritet məsələdir.

Sədr tərəfləri, regiona sülh gətirmək üçün tələb olunan səyləri göstərməyə və siyasi iradə nümayiş etdirməyə çağırıb.