Həmsədrlər Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı tərəfləri gərginliklərin qarşısını almağa çağırıb
ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri bölgəyə son səfərləri ilə bağlı bəyanat yayıblar.
Amerikanın Səsinin ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik (Polşa) fevralın 4-5-də Azərbaycan və Ermənistana səfər çərçivəsində iki ölkə prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçiriblər.
Bəyanatda bildirilir ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların Vyana görüşündə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələrdə həmsədrlər son zamanlarda Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti və sərhəddəki gərginlikdən dərin narahatlıqlarını bir daha vurğulayıblar və tərəfləri təmkinli olmağa çağırıblar.
Həmsədrlər xüsusilə də Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı tərəfləri gərginliklərin qarşısını almağa çağırıblar.
Həmsədrlər tərəflərlə gələn həftələr ərzində yüksək səviyyədə görüşlərin keçirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər.