AŞPA-nın seçki missiyası Bakıya gəlib

AŞPA

Missiya hesabatla çıxış edəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı müşahidə missiyası sentyabrın 11-13-də Azərbaycanda səfərdə olacaq.

Məqsəd 9 oktyabr prezident seçkiləri ilə bağlı seçki kampaniyasının gedişi ilə tanış olmaqdır.

Avropa Şurasının məlumatına görə, britaniyalı parlamentari Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət nümayəndə heyəti seçkiqabağı vəziyyəti qiymətləndirəcək.
Nümayəndə heyəti prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirəcək.

Bundan əlavə, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, Mərkəzi Ssçki Komissiyasının sədri, QHT və media nümayəndələri ilə görüşlər olacaq. Nümayəndə heyəti səfərin nəticələrinə dair hesabatla çıxış edəcək.