Asiyada səhm indeksləri kəskin düşüb

  • Amerikanın səsi

Asiyada səhm indeksləri kəskin düşüb

ABŞ və Avropada nəhəng səhm itkilərinin ardınca Asiyada səhm bazarları bu gün kəskin düşüb. Son olaylar investorların növbəti qlobal böhranla bağlı narahatlıqlarını əks etdirir.

Tokyonun Nikkey indeksi 3.72 faiz düşərək son beş ayda ən aşağı nöqtəsinə enib. Honq Konqun Hanq Senq birjası 4 faiz itirib.

Avropa bazarları erkən alqı-satqıda dəyərlərinin 2 faizini itiriblər.

Bəzi investorların sığınacaq yeri olan qızılın unsiyası $19.80-a qalxaraq $1,666.32-yə çatıb.