Accessibility links

Dünya Bankının rəhbəri qlobal böhranın dərinləşə biləcəyini deyir


Dünya Bankının rəhbəri qlobal böhranın dərinləşə biləcəyini deyir
Dünya Bankının rəhbəri qlobal böhranın dərinləşə biləcəyini deyir

Dünya Bankının prezidenti xəbərdarlıq edir ki, qlobal iqtisadi böhran pisləşə bilər.

Bankın rəhbəri Robert Zoellick The Weekend Australian qəzetinə müsahibədə deyib ki, qlobal iqtisadiyyat yeni və daha təhlükəli bir mərhələyə daxil olub.

Zoellick borc problemlərinə görə əsasən Avropanı qınayıb. O, Avropa liderlərini borc böhranını həll etməyə çağırıb və əlavə edib ki, maliyyə rəsmilərinin vəziyyəti asanlaşdırmaq üçün pul siyasətində edə biləcəkləri çox şey yoxdur.

O, həmçinin Britaniyada baş qaldıran iğtişaşların hökumətin xərclərə nəzarət proqramlarına təsir göstərə biləcəyindən narahatlığını ifadə edib.

XS
SM
MD
LG