Regional təhlükəsizlik və əməkdaşlıq haqda danışıqlar üçün Asiyanın sakit okean hövzəsi ölkələri ilə qərb ölkələrinin Vyetnamda görüşüblər. Bugünkü görüşdə Şimali Koreya və Birma gündəlikdə əsas mövzu olub. Cənub-şərqi Asiya ölkələrinin regional Forum Assosiasiyası bu gün Avropa İttifaqı və 26 ölkənin nümayəndələri arasında illik danışıqlara başlayıb. Görüşdə təhlükəsizlik məsələləri, Birma və Şimali Koreyanın hüuqulra riyət etməməsi danışıqlarda əsas mövzu olub. ABŞ Dövlət Katibi Hilari Klinton bildirib ki, Şimali Koreya və Birma Asiya regionuna uzun müddətli təhlükə yaradır. Klinton bu gün Hanoydəki ASEAN-ın açılışında çıxış edib. O, təcrid olunmuş Şimalı Koreyanın təhrikedici kampaniya və təhlükəli davranışa amlik olduğunnu deyib. Çərşənbə günü Seula səfəri zamanı xanım Klinton mart ayında batırılmış Cənubi Koreya hərbi gəmisinə cavab olaraq Pxenyana qarşı ABŞ-n yeni sanksiyalar tətəbiq edəcəyini elan etmişdir. Klinton ASEAN forumunun 27 üzvünə deyib ki, Şimali Koreya öz rəfdarını dəyişməyənə qədər Koreya yarmadasında sülh gözlənilmir. ABŞ bazar günündən başlayaraq Yapon dənizində Cənubi Koreya ilə hərbi təlimlər keçirəcək. Rəsmilər bildirib ki, təlimlər Şimali Koreyaya xəbərdarlıq mahiyyəti daşıyır. Şimali Koreya sözcüsü bildirib ki, birgə hərbi təlimlərə Pxenyan fiziki cavab verəcək.