ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Şimali Koreya nüvə tərksilahına dair danışıqlardan öncə Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırımalıdır. Bu gün İndoneziyada Balidə ASEAN ölkələrinin zirvə görüşündə danışan xanım Klinton Birləşmiş Ştatların sammit çərçivəsində iki Koreya rəsmiləri arasında görüşdən ruhlandığını bildirib. Lakin o deyib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın cənubla münasibətlərdə daha sülhpərvər addımlar atmalı olduğuna inanır. 2008-ci ildə altıtərəfli danışıqların dayanmasından sonra bu gün Şimali və Cənubi Koreyanın xarici işlər nazirləri ilk dəfə olaraq görüşüblər.