Yəməndə kamikadze hücumu

Yəməndə kamikadze hücumu

Yəmən rəsmilərinin bildirdiyinə görə, hərbi baza yaxlnlığında kamikadze hücumu nəticəsində 9 əsgər həlak olub, 20-si yaralanıb. Aden şəhəri yaxınlığındakı bu hücuma görə Əl-Qaidə günahlandırılır. Hücum qüvvələrin Əl-Qaidə yaraqlıları ilə döyüş aparan qüvvələrə yardım məqsədi ilə bazanı tərk etməyə hazırlaşdığı vaxt həyata keçirilib. Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Yəmənin cənub bölgələri yaraqlıların Əbyan vilayətini ələ keçirməsindən sonra gündəlik zorakılıqlara səhnə olub.