Üsama Bin Ladenin Pakistanda son illərini keçirdiyi ev yerlə yeksan edilib. Abbotabad şəhərinin şakinlərinin bildirdiyinə görə, ağır təchizatla sökülən evin ətrafında ciddi nəzarət tətbiq edilib.
Pakistan hökuməti məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Bin Laden Ötən may ayında Amerika qüvvələrinin reydi nəticəsində öldürülmüşdü. Pakistan hökuməti isə reydlə bağlı onunla məsləhətləşilmədiyinə görə qəzəbini bildirmişdi.