Accessibility links

Pakistan hökuməti bin Ladenin imarətini sökür


Pakistan hökuməti bin Ladenin imarətini sökür
Pakistan hökuməti bin Ladenin imarətini sökür

Pakistan hökuməti bazar günü bir vaxtlar Əl Qaida lideri Osama bin Ladenin içərisində yaşadığı imarəti sökməkdə davam edib.

Rəsmilər şimal-qərbdə hərbi şəhərcik olan Abbotabaddakı imarəti dünən sökməyə başlayıblar. Şahidlər sökülmə prosesinin yarıyadək bitirildiyini deyirlər.

Ərazidə Pakistan təhlükəsizlik qüvvələri yerləşdirilib.

Bin Laden bu kompleksdə üç arvadı, uşaqları və nəvələri ilə birlikdə yaşayıb. Bin Ladenin ötən il ABŞ kommandoları tərəfindən burada öldürülməsi Pakistanı qəzəbləndirmiş və eyni zamanda İslamabadı rüsvay etmişdi.

XS
SM
MD
LG