Qahirədə sabitlik bərpa olunub

  • Amerikanın səsi

Bu gecə Misir hərbi hakimiyyəti komendant saatı tətbiq etdikdən sonra Qahirədə sabitlik bərpa olunub. Dünən baş verən qarşıdurmalar bir əsgərin ölümü və təxminən 300 nəfərin xəsarət alması ilə nəticələnib. Prezident seçkilərinə üç həftə qalmış hökumət qoşunları ilə hərbi hökumətin dərhal ləğv edilməsini tələb edən nümayişçilər arasında toqquşma baş verib. Əsgərlər Qahirənin Abbassiya küçəsində yerləşən Müdafiə Nazirliyinin yaxınlığında nümayiş edən minlərlə insana gözyaşardıcı qaz və yüksək təyziqli su şırnaqlarından istifadə edərək hücum edib. Dünən axşam qarşıdurma daha da şiddətlənib. İslamçı nümayişçilər bir neçə gün idi ki, Müdafiə Nazirliyinin ətrafında etiraz aksiyası keçirirdi. Qarşıdurmalarda 300-dən çox insan həbsə alınıb.