Accessibility links

Misirdə tarixi prezident seçkiləri keçirilir


Misirdə tarixi prezident seçkilərinin yekun mərhələsində İslamçı namizədlər sabiq prezident Hüsnü Mübarəkin köhnə qvardiyasına əsaslanan dünyəvi siyasi liderlərlə üzləşirlər.

Hökumət seçicilərin səs verməsini asanlaşdırmaq üçün cümə axşamını istirahət günü elan edib.

Amerikanın Səsinin Qahirədəki müxbiri Elizabet Arrot deyir ki, final səsvermənin ikinci günündə səs verməyə gələn adamların sayı nisbətən azalıb. O, müşahidə etdiyi səsvermə məntəqələrində dünənlə müqayisədə kütlələrin kiçik olduğunu bildirib.

Seçki monitorları milyonlarla misirlinin qatıldığı səsvermənin əsasən dinc şəraitdə keçidyini bildirirlər. 60 il sürən hərbi rejimin ardınca ilk dəfədir ki, Misir vətəndaşları azad şəkildə ölkənin gələcək liderini müəyyən edirlər.

Bu səsvermə prezident Mübarəkin nəhəng etiraz nümayişlərinin ardınca istefa verməsindən 15 ay sonraya təsadüf edir.

Yüksək dəstəyə malik olan dünyəvi namizədlər sabiq baş nazir Əhməd Şafiq və sabiq xarici işlər naziri Əmr Musadır. Qələbəyə şanslı İslamçı namizədlər isə Müsəlman Qardaşlarının lideri Məhəmməd Morsi və mötədil mövqeyi ilə tanınan Əbdül Moneim Əbul Fotuhdur.

XS
SM
MD
LG