ABŞ dövlət katibi insan hüquqları risk altında olan dünya ölkələri üçün 2011-ci ilin əlamətdar bir il olduğunu deyib. Dövlət Departamentinin insan hüquqları ilə bağlı illik hesabatını açıqlayarkən Hillari Klinton bildirib ki, Ərəb baharı inqilabları baş qaldıran Yaxın Şərq və bir sıra siyasi islahatlar həyata keçirilən Birma kimi ölkələrdə insanlar hüquqları uğrunda mübarizəyə qalxıb. Bu gün keçirilən mətbuat konfransı zamanı dövlət katibi Misir vətəndaşlarının ilk dəfə seçkilər yolu ilə liderlərini seçdiyini bildirib. Suriya hökumətinin insan hüquqları sahəsindəki pozuntularını tənqid edən xanım Klinton qəddar Ədəs rejiminə son qoyulmalı oldğunu deyib. O bildirib ki, Suriya xalqı başqa rəftara layiq olduğunu yaxşı bilir.