Məktəblilərə Konqresdə işləmək icazəsi verən proqram təxirə salınır

  • Amerikanın səsi

Məktəblilərə Konqresdə işləmək icazəsi verən proqram təxirə salınır

ABŞ-ın Nümayəndələr Palatası məktəblilərə bir necə ay Konqresdə işləmək icazəsi verən proqramı təxirə salır. Nümayəndələr Palatasının spikeri Con Beyner və demokrat azlığın lideri Nensi Pelosi 200 yaşı olan bu proqramın ayın axırında sona çatacağını bəyan edib. Onlar ildə proqrama beş milyon dollar sərf edildiyini və yeni texnologiyaların bu proqrama ehtiyac qoymadığını deyib.

Proqrama əsasən hər il 70 məktəbli Konqredə kuryer kimi çalışırdı. İndi isə sənədlərin çoxu elektronik üsulla paylanır.