Dəməşqdə çoxsaylı insan həbs edilib

Dəməşqdə çoxsaylı insan həbs edilib

Suriyanın insan hüquqları müdafiəçiləri paytaxt Dəməşqdə qüvvələrin dünən gecə çoxsaylı insanı həbs etdiyini bildirir. Fransanın xəbər agentliyinin fəallara istinadən bildirdiyinə görə, hökumət qüvvələri Qanun regionuna gedən yollarda barrikadalar yaradıb, məscidlərin qarşısına avtomat silahlarla əsgərlər yerləşdirilib.

Suriya ordusunun Homs şəhəri ətrafında bəzi bölgələrin nəzarətini ələ keçirdiyi bildirilir. Homs prezident Bəşar Əl-Əsəd əleyhinə nümayişlərin mərkəzi hesab edilir. Suriya hökuməti nümayişçilərin arxasında gizlənməyə çalışan qüvvələri sabotajda ittiham edib. Suriyanın insan hüquqları müdafiəçiləri hökumətin nümayişçilərə qarşı zorakılıqları nəticəsində 1600-dən artıq insanın həlak olduğunu bildirir.