Tanınmış insan hüquqları qrupu Dəməşq yaxınlığında ötən həftəsonu kütləvi həbsdən sonra onlarla insanın Suriya hökuməti tərəfindən işgəncəyə məruz qaldıqlarından ehitiyat etdiyini deyir. Amnesty International-ın bildirdiyinə görə Suriya dissidentləri Qatana qəsəbəsində həbs edərək təcrid olunmuş yerdə saxlayır. Qrup Suriyadan həbsə alınan şəxslərin yerlərini açıqlamasını və onları işgəncəyə və başqa qeyri-sağlam rəftarlara məruz qoymamağı tələb edib.
Bundan bir az öncə fəallar bazar ertəsindən bəri mərkəzi Hos şəhərində 13 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü xəbər verib. Bu şəhər prezident Bəşar əl-Əsədə qarşı etiraz dalğasının episentri sayılır.