ABŞ prezidenti Barak Obama Konqresi 1 milyon işçinin iş yerlərini itirməsininə yol verməmək üçün nəqliyyat qanununun təsdiqinə çağırıb. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, Konqres sentyabr ayının sonunadək sənədi təsdiq etməsə, yollar və körpülərlə bağlı layihələrin baş tutmamaması insanları işsiz qoyacaq. Barak Obama bildirib ki, siyasi qarşıdurmalar sənədin təsdiqinə mane olur. ABŞ dövlət başçısı deyib ki, fərqlər kənara qoyulub, iqtisadiyyata yardım edəcək ölçülər götürülməlidir. Gələn həftə o, Konqres qarşısındakı çıxışı zamanı yeni iş yerlərinin açılması və iqtisadi stimullaşdırmaya dair planlarını açıqlayacaq.