Jurnalistlər Birliyinin sədri jurnalistlərin qurultayının KİV-ə yenilik gətirməyəcəyini düşünür. “Cinayətlərin açılması 93, jurnalistlərlə bağlı cinayətlərin açılması 0 faizdir. Bu, senzura deyil?”
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev Amerikanın Səsinə müsahibəsində jurnalistlərin qurultayı ilə bağlı fikirlərini bölüşüb. Onun qənaətincə, qurultay media mühitinə yenilik gətirməyəcək. Ölkədə medianın inkişafı üçün stimul yoxdur. Dövlət vəsaiti medianın strateji və uzunmüddətli inkişafına yönəlməyib.
Sual: Bu gün Azərbaycan jurnalistlərin 6-cı qurultayı keçirilib. Necə qiymətləndirirsiniz?
Cavab: Gözləntilərdən artıq bir şey baş vermədi. Mətbuat Şurası öz işini əvvəlki məcrada davam etdirir.
Sual: Söz və ifadə azadlığının durumunu necə qiymətləndirirsiniz? Qurultayda söz və ifadə azadlığının daha da genişləndiyi bildirildi.
Cavab: İfadə azadlığının rakursunu düzgün müəyyənləşdirməliyik. İfadə azadlığı tək media və jurnalistlərlə məhdudlaşdırılmır. Bura toplaşmaq azadlığından başlamış digər azadlıqlar da daxildir. Azərbaycanda ifadə azadlığı söz azadlığından da mürəkkəb vəziyyətdədir. Seçkiqabağı mühit olmasına baxmayaraq son dövrlər ifadə azadlığı daha çox məhdudlaşdırılır.
Söz azadlığına gəlincə, bizim yanaşmalarımızda çox ciddi meyar fərqləri var. Əgər hakimiyyət hesab edirsə ölkədə 3-5 müxalifət qəzeti var və bu söz azadlığının göstəricisidir. Bizim üçün bu, söz azadlığının göstəricisindən biri, hətta birincisi də deyil.
Göstəricilər çoxdur. Ölkədə jurnalistlərin internetdə, ənənəvi mediada çıxışına görə təqib olunması, dinlənilməsi, onlar haqqında şantaj materialların efirə verilməsi, döyülməsi halları varsa, hakimiyyət demək olar ki, buna heç bir reaksiya göstərmirsə, günahkarlar tapılmırsa, hətta öldürülənlərin günahkarları da tapılmırsa (Nədənsə başqa sahələrdə cinayətlərin açılması 93 faizdir, amma jurnalistlərlə bağlı cinayətlərin açılması 0 faizdir) söz azadlığına ciddi təhdidlər var.
Əgər reklam bazarı çox ciddi şəkildə nəzarətdədirsə, hakimiyyətin müəyyənləşdirdiyi KİV-lərdən kənar media ilə əməkdaşlıq edən reklam sifarişçiləri cəzalandırılırsa, KİV-in yayım imkanları bu dərəcədə məhdudlaşdırılırsa (şəhər abadlaşdırılır, qəzet köşkləri yığışdırılır və s.), bunlar hamısı senzuranın formalarıdır.
Azərbaycanda Milli Teleradio Şurası bir dəfə radio üçün tender elan edibdirsə də, boş tezliklərin siyahısını dərc etməyibsə, heç kim televiziya və radio yaratmağa iddia edə bilməz. Biz bunlara nə ad verək? Bunlar mətbuat azadlığının göstəricisi deyilmi?
Sual: Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dedi ki, ölkədə media azadlığı dərinləşib, senzura ləğv olunub, media dövlət qayğısı ilə tam əhatə olunub. Hətta jurnalistlərə prezident tərəfindən ev də tikdirilib bağışlanıb. Necə qiymətləndirirsiniz? Medianın inkişafı sahəsində dövlət qayğısı necə olmalıdır?
Cavab: Bizim medianın inkişafına qayğı deyəndə nəzərdə tutduğumuz meyarlar tamam fərqlidir. Əgər yüzlərlə, minlərlə yarı ac, evsiz jurnalistin içərisindən seçib 100-150-nə ev vermək üsulunu qabağa verirsənsə, bizim fikrimizcə, bu mediaya qayğı yox, onun müəyyən bir hissəsini özünə yaxınlaşdırmaq üçün üsuldur. Söhbət KİV-ə dövlət yardımı fondunun vasitəsi ilə ayrılan vəsaitdən gedirsə biz heç də onu medianın inkişafına səmərəli qayğı hesab etmirik. Yarandığı gündən bəri bu quruma 20 milyon manatadək vəsait keçirilib. Bu vəsait KİV-lərə və ya jurnalistlərə, bəzi jurnalist təşkilatlarına yönəldilib və son zamanlar onların arasında bölüşdürülür. Bu infrastruktur layihələrinə, medianın uzunmüddətli inkişaf perspektivinə təsir edəcək layihələrə qoyulmur. Həmin vəsaitin kiçik hissəsinə Azərbaycanda elə müasir çap imkanları yaratmaq olardı ki, bütün KİV-lər ondan xeyir götürərdi. Elə yayım sistemi yaratmaq olardı ki, tirajların aşağı düşməsinin şahidi olmazdıq. Hazırda sistem köhnədir, adi bir qəzeti evə çatdırmaq problemdir.
Sual: Qurultayda həm də diffamasiyanın dekriminallaşdırılmasından danışıldı. Mətbuat Şurasının sədri Əflatun Amaşov dedi ki, Mətbuat Şurası 2010-cu ili “diffamasiya ili” elan etdi, amma qanun qəbul edilmədi. O həmçinin xatırlatdı ki, son illər diffamasiya ittihamı ilə jurnalistlər həbs edilmir. Buna baxmayaraq diffamasiyanın cinayət məsuliyyəti doğurması jurnalistlərə nəzəri cəhətdən təzyiqdir. Bu səbəbdən də diffamasiya dekriminallşadırılmalıdır, qanun qəbul edilməlidir. Sizin fikriniz?
Cavab: Əlbəttə qanun qəbul edilməlidir. Biz 2009-cu ildə rəsmi şəkildə qanunu təqdim etmişdik. Bu layihə az qala parlamentin gündəliyinə də salınmışdı. Bu lazımdır, nəzəri, qıcıqlandırıcı, məhdudlaşdırıcı təsiri var. Amma “Diffamasiya haqqında” qanun artıq bir neçə il əvvəlki əhəmiyyətini itirib, jurnalistlər başqa adlarla həbs edilməyə başlayıb, xuliqanlıq, narkomaniya və s. Hakimiyyətin hazırda təqdim etdiyi qanun layihəsində onun ruhu öldürülüb. “Diffamasiya haqqında” qanunun ruhu iki amildən ibarətdir. Birincisi diffamasiyanın cinayət məsuliyyəti hesab edilməməsi, cərimələrin yüksək olmaması. Bu iki yeniliyi yeni qanun layihəsində görmürük.
Sual: Bu gün Azərbaycan jurnalistlərin 6-cı qurultayı keçirilib. Necə qiymətləndirirsiniz?
Mətbuat Şurası öz işini əvvəlki məcrada davam etdirir.
Sual: Söz və ifadə azadlığının durumunu necə qiymətləndirirsiniz? Qurultayda söz və ifadə azadlığının daha da genişləndiyi bildirildi.
Cavab: İfadə azadlığının rakursunu düzgün müəyyənləşdirməliyik. İfadə azadlığı tək media və jurnalistlərlə məhdudlaşdırılmır. Bura toplaşmaq azadlığından başlamış digər azadlıqlar da daxildir. Azərbaycanda ifadə azadlığı söz azadlığından da mürəkkəb vəziyyətdədir. Seçkiqabağı mühit olmasına baxmayaraq son dövrlər ifadə azadlığı daha çox məhdudlaşdırılır.
Söz azadlığına gəlincə, bizim yanaşmalarımızda çox ciddi meyar fərqləri var. Əgər hakimiyyət hesab edirsə ölkədə 3-5 müxalifət qəzeti var və bu söz azadlığının göstəricisidir. Bizim üçün bu, söz azadlığının göstəricisindən biri, hətta birincisi də deyil.
Nədənsə başqa sahələrdə cinayətlərin açılması 93 faizdir, amma jurnalistlərlə bağlı cinayətlərin açılması 0 faizdir.
Əgər reklam bazarı çox ciddi şəkildə nəzarətdədirsə, hakimiyyətin müəyyənləşdirdiyi KİV-lərdən kənar media ilə əməkdaşlıq edən reklam sifarişçiləri cəzalandırılırsa, KİV-in yayım imkanları bu dərəcədə məhdudlaşdırılırsa (şəhər abadlaşdırılır, qəzet köşkləri yığışdırılır və s.), bunlar hamısı senzuranın formalarıdır.
Azərbaycanda Milli Teleradio Şurası bir dəfə radio üçün tender elan edibdirsə də, boş tezliklərin siyahısını dərc etməyibsə, heç kim televiziya və radio yaratmağa iddia edə bilməz. Biz bunlara nə ad verək? Bunlar mətbuat azadlığının göstəricisi deyilmi?
Sual: Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dedi ki, ölkədə media azadlığı dərinləşib, senzura ləğv olunub, media dövlət qayğısı ilə tam əhatə olunub. Hətta jurnalistlərə prezident tərəfindən ev də tikdirilib bağışlanıb. Necə qiymətləndirirsiniz? Medianın inkişafı sahəsində dövlət qayğısı necə olmalıdır?
Yarandığı gündən bəri bu quruma 20 milyon manatadək vəsait keçirilib.
Sual: Qurultayda həm də diffamasiyanın dekriminallaşdırılmasından danışıldı. Mətbuat Şurasının sədri Əflatun Amaşov dedi ki, Mətbuat Şurası 2010-cu ili “diffamasiya ili” elan etdi, amma qanun qəbul edilmədi. O həmçinin xatırlatdı ki, son illər diffamasiya ittihamı ilə jurnalistlər həbs edilmir. Buna baxmayaraq diffamasiyanın cinayət məsuliyyəti doğurması jurnalistlərə nəzəri cəhətdən təzyiqdir. Bu səbəbdən də diffamasiya dekriminallşadırılmalıdır, qanun qəbul edilməlidir. Sizin fikriniz?
Hakimiyyətin hazırda təqdim etdiyi qanun layihəsində onun ruhu öldürülüb.