Ağcabədi və İmişlidə etiraz aksiyası [Video]

Ağcabədi rayon Hindarx kəndində etiraz aksiyası (Foto meydan.tv saytınındır)

Hazırda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı kənddədir

Ağcabədi rayonunun Hindarx kəndinin (Bakıdan 306 kilometr cənub-qərb) sakinləri də qiymətlərin qalxmasına etiraz olaraq toplaşıblar.Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hazırda kəndin mərkəzinə 1000 nəfərdən artıq şəxs toplaşıb və onlar işsizliyə, qiymət artımına etiraz edirlər.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Hindarxa gəldiyi bildirilir.

BizimYol saytının yayımladığı videodan görünür ki, İmişli rayon (Bakıdan 258 kilometr cənud-qərb) mərkəzində də etiraz aksiyası başlayıb.