Ağcabədidə bahalaşmaya etiraz, 3 fəal saxlanıb [Fotolar]

Ağcabədi rayonunda etiraz aksiyası

Yerli polis etiraz aksiyasının qarşısını alıb
Yanvarın 26-da Müsavat Partiyasının yerli təşkilatının Ağcabədi şəhərində "Bahalaşmaya son!" şüarı ilə keçirmək istədiyi mitinqin qarşısı polis tərəfindən alınıb. Müsavat Partiyasının fəalları Cavid Hacıbəyli, Rüfət Hacıbəyli və Bəxtiyar Mürsəlzadə saxlanılıb.

Ağcabədi rayonunda etiraz aksiyası

Müsavat Partiyası Ağcabədi təşkilatının sədri Rəşid Nəcəfli Amerikanın Səsinə bildirib ki, mitinqin keçiriləcəyi ilə bağlı qabaqcadan məktub yazaraq yerli icra hakimiyyətini xəbərdar ediblər. Eyni zamanda icra hakimiyyəti başçısının aksiyaların “Şəfa” stadionunda keçirilməsi barədə sərəncamı var.

“Bütün bunlara baxmayaraq yerli polis aksiyanın qarşısını kobudluqla aldı”, o qeyd edib.

Hazırda Müsavat Partiyasının yerli təşkilatının fəalları rayon polis şöbəsinin qarşısına toplaşıb, polis rəisi ilə görüşmək istəyirlər.

Yerli polis insidentlə bağlı hər hansı məlumat vermir.

Ağcabədi rayonunda etiraz aksiyası




Ağcabədi rayonunda etiraz aksiyası