ABŞ-da istehsal edilmiş islam əleyhinə filmə etirazlar hələ də davam edir
Dövlət katibi Hillari Klinton bildirib ki, ABŞ İslam əleyhinə filmlə bağlı etirazlar davam etdikcə öz diplomatlarını qorumaq üçün ən ciddi tədbirlər görür.
Məhəmməd Peyğəmbərin məsxərəyə qoyulduğu islam əleyhinə filmin internetdə nümayiş etdirilməsindən sonra keçən həftədən başlayaraq davam edən etirazlar nəticəsində ABŞ bir neçə ölkədə səfirlik və nümayəndəliklərini müvəqqəti bağlamalı olmuşdur. Çərşənbə axşamı Tailand paytaxtı Banqkokdakı ABŞ səfirliyinin bağlammasının ardınca, çərşənbə günü İndoneziyada Medan şəhərində Amerika konsulluğunun müvəqqəti bağlanması kimi addəm atılmışdır.
Çərşənbə günü Pakistan paytaxtı İslamabad və Əfqanıstanın şərqində Cəlalabad şəhərində etiraz nümayişləri keçirilib.
Sentyabrın 11-də etirazçılar ABŞ-ın Misir paytaxtı Qahirədə səfirliyi və Liviyada Benqazidə konsulluğuna hücum etmiş, ABŞ-ən Liviyadakı səfiri Kristofer Stievens və üç Amerika diplomatı qətlə yetirilmişdir. Bunun ardınca ABŞ əleyhinə nümayişlər ərəb ölkələrini bürümüş, etirazçılar Yəmən paytaxtı Sənada ABŞ səfiriyinə hücum etmişdir.
Ərəb ölkələrinin ardınca İslam əleyhinə filmə etiraz olaraq keçirilən nümayişlər Afrika, Asiya və Yaxın Şərqin digər ölkələrinə də keçmişdir. Sentyabrın 15-i ABŞ Dövlət Departamenti Tunis və Sudandan səfirlik işçiləri və onların ailələlərin çıxarılması haqda göstəriş vermişdir.
Bu həftənin əvvəli Pakistanda keçirilmiş etirazlar zorakı hal almış, bir nəfər nümayişçi həlak olmuşdur.
Cənub-şərqi Asiyada etiraz nümaiyşlərinin davam etdiyi vaxt Fransada jurnalda Məhəmməd Peyğəmbərin karikaturaları çap edilmişdir. Fransanın baş naziri Jan-Mari Ayro ABŞ-da İslam əleyhnə filmin göstərilməsinə etiraz olaraq şənbə günü nümayiş keçirilməsi haqda müraciətə rədd cavabı veriləcəyini bildirib.