Accessibility links

Müsəlman ölkələrində etiraz dalğası davam edir


Pakistanın şimal-qərb bölgəsində rəsmilərin bildirdiyinə görə, İslama əleyhinə çəkilmiş filmə etiraz edənlərlə polis arasında baş verən qarşıdurma zamanı ölənlər olub. Rəsmilər hadisənin bu gün Yuxarı Dir mahalının Xeybər Paxtunxva vilayətində baş veridyini bildirib.

Müsəlmanlar Məhəmməd peyğəmbəri təhqir müsəlmanları təhqir etmək olduğunu deyirlər. İslama qarşı nümayiş etdirilən film keçən həftə Liviyada ABŞ səfiri və səfirliyin 3 işçisinin qətli də daxil edilməklə, müsəlman ölkələrində böyük etirazlara səbəb olub. Dünya boyu müsəlman ölkələrindəki Qərb səfirlikləri filmin səbəb olduğu zorakılıqlara görə təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu gün Əfqanıstanın paytaxtında minə qədər insan ABŞ-ın hərbi bazası yaxınlığında "Amerikaya ölüm" şüarları səsləndirmiş, maşınları yandırmışlar. İndoneziyada etirazçılar Cakarta şəhərindəki ABŞ səfirliyinin qarşısına partlayıcı maddələr atmışlar.

ABŞ-ın Tailanddakı səfirliyi planlaşdırılmış iri etiraz nümayişi öncəsi bağlanıb. Rəsmilər Amerika vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə ediblər.

Tükiyə paytaxtı Ankarada ABŞ səfirliyi qarşısında fəallardan ibarət kiçik qrup Amerika bayrağını yandırıb.
XS
SM
MD
LG