Amerikanın növbəti birgə hərbi qərargahlar rəisi vəzifəsinə general Martin Dempsi təsdiq edilib

  • Amerikanın səsi

Amerikanın növbəti birgə hərbi qərargahlar rəisi vəzifəsinə general Martin Dempsi təsdiq edilib

ABŞ Senatı Amerikanın növbəti birgə hərbi qərargahlar rəisi vəzifəsinə general Martin Dempsini təsdiq edib. O, sentyabr ayında istefaya çıxacaq admiral Mayk Malleni əvəz edəcək. Senatorlar Dempsinin təsdiqi ilə bağlı səsverməni dünən, bir aylıq tətildən əvvəl keçirib.

Qanunvericilər bundan əlavə hərbi dəniz qüvvələri admiral Ceyms Uinnifeldi birgə hərbi qərargahlar rəisinin müavini, general Rey Odiernonu ordu qərargahının rəisi vəzifəsinə təsdiq edib. Təsdiqi ilə bağlı dinləmələr zamanı Dempsi qanunvericilərə ordu büdcəsinin 800 milyard dollar məbləğində ixtisarının böyük çətinliklər yaradacağı barədə xəbərdarlıq verib.