Accessibility links

ABŞ Admiralı: İraq qərarını tez verməlidir


ABŞ Admiralı: İraq qərarını tez verməlidir
ABŞ Admiralı: İraq qərarını tez verməlidir

ABŞ yüksək rütbəli zabiti deyir ki, Amerika qüvvələrinin İraqda bu ilin axırından sonra da qalmasına dair razılıq üçün qanuni əsas olmalıdır. Birgə Qərargahlar rəisi Admiral Mayk Mallen bu gün Bağdadda verdiyi açıqlamada potensial saziş ilə bağlı siyasi çətinliklər mövcudluğunu bildirib və deyib ki, İraq liderləri buna mümkün qədər tez qərar verməlidir. Mallenin sözlərinə görə, vaxtında qərar verilməsə, planlaşdırılmış geri çağırılmanı dəyişmək gec ola bilər və ABŞ qoşunları ölkəni tərk etməli olacaq.

İraq liderlərinin bu məsələni bu gün müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG