Virciniya ştatında avtomobilin qeydiyyatı və nömrə nişanlarının alınması prosesinə nəzər salırıq
Amerikaya səfəriniz zamanı üzərində belə nömrə olan maşınlara rast gəlsəniz təəccüblənməyin. Burada qeyri-qanuni heç nə yoxdur. Bəli, hər bir avtomobil sahibi müəyyən məhdudiyyətlərlə istədiyi rəqəm və ya ifadəni avtomobilinin nömrə nişanı kimi yazdıra bilər. Bu barədə bir qədər sonra daha ətraflı danışacağıq.
ABŞ-da hər ştatda qeydiyyat və nömrələrin alınması prosesi müxtəlif olsa da, ümumilikdə bu qaydalar federal qanunlarla tənzimlənir. Bu gün paytaxt Vaşinqtona qonşu Virciniya ştatında avtomobillərin qeydiyyatı prosesinə nəzər salırıq.
Virciniya ştatında avtomobili qeydiyyatdan keçirmək bir neçə saat vaxtınızı ala bilər. Avtomobillər qeydiyyata DMV kimi tanınan Mühərrikli Maşınlar Departamentində alınır. DMV ofisləri regional olaraq bir neçə yerdə fəaliyyət göstərir. Ancaq avtomobilinizi yeni almısınızsa qeydiyyat üçün maşının texniki baxışdan və emissiya təhlükəsizliyindən keçməsi şərtdir. Virciniya ştatında demək olar ki, hər bir benzindoldurma məntəqəsində tekniki baxış xidməti təklif olunur. Qiyməti standart 16 dollardır.
Avtomobil bir illik texniki baxışdan keçir və məlumatlar mərkəzləşdirilmış sistemə göndərilir. Beləliklə Amerikanın hər bir yerində hər kəs sistemə daxil olaraq avtomobilin texniki baxışdan keçdiyi haqda məlumatı əldə edə bilər.
Təxminən yarım saat çəkən prosesdən sonra artıq qeydiyyat üçün yaxınlıqdakı DMV ofisinə gedə bilərsiniz. Bəziləri DMV-dəki növbələrdən şikayətçi olsa da, proses bütün gözləyənlər üçün eynidir: sıranız çatır, hamının gözü qarşısında masaya yaxınlaşıb, 4 faizlik alış vergisini və qeydiyyat ödənişini həyata kecirirsiniz: 10000 dollarlıq avtomobil üçün təxminən 450 dollar.
Nömrə nişanı?
Bunu DMV ofisindən və ya internetdə www.dmv.state.va.us veb səhifəsindən daha rahat əldə edə bilərsiniz. Standart və ya xüsusi nömrə seçmək imkanınız var. Standart dövlət, xüsusi isə avtomobilin sahibi tərəfindən müəyyən edilir. Xüsusi nömrə maksimum 7 işarə və 1 boşluqdan ibarət ola bilər. Sifariş etməmişdən əvvəl istədiyiniz nömrənin istifadədə olub-olmadığını yoxlamaq imkanınız var. Yəqin ki qiyməti hamınızı maraqlandırır. Xüsusu nömrələrin qiyməti nömrənin fon görüntüsündən asılı olaraq 10-25 dollar arasında dəyişir. Mürəkkəb quruluşa malik olmayanların böyük əksəriyyəni 10 dollaradır. Nömrə təxminən 3 həftə ərzində ev ünvanınıza göndərilir.
Xüsusilə son illər Azərbaycanlı mühacirlər xüsusi nömrələrdən yaralanaraq Bakı, Qarabağ kimi nömrə nişanlarından istifadə edir.