Amerikana proqramının növbəti buraxılışı caz musiqisinin beşiyi olan və eləcə də timsahları və Katrina qasırğasına görə tanınan ABŞ-ın cənub şəhərləri Yeni Orleanda çəkilib. Yeni Orlean şəhəri 1718-ci ildə Fransız Mississippi Şirkəti tərəfindən salınıb. Luiziana ştatının ən böyük şəhəri olan Yeni Orlean ABŞ-ın cənubunda Meksika körfəzi sahillərində yerləşir. Ekzotikliyi ilə tanınan Yeni Orlean Amerikanın ən çox turist qəbul edən şəhərlərindən biridir.
Amerikana: Yeni Orleanda timsah kababı [Video]
Cazın beşiyi olan Yeni Orlean şəhəri Katrina fəlakəti ilə yanaşı, həm də timsahları ilə məhşurdur