Amerikalılar 11 sentyabrın 10-cu ildönümünü anırlar (YENİLƏNİB)

  • Amerikanın səsi

Amerikalılar 11 sentyabrın 10-cu ildönümünü anırlar (YENİLƏNİB)

Amerikalılar 2001-ci il sentyabrın 11-də 3000 adamın ölümünə bais olmuş və ABŞ-ı müharibələrə sürükləmiş terror hücumlarının ildönümünü anırlar. Prezident Barak Obama və onun sələfi Corc Buş bu gün səhər Nyu York şəhərində Dünya Ticarət Mərkəzinin bir vaxtlar durduğu məkana baş çəkiblər.

Prezident Obama İncildən Tanrıya tapınmaq barədə bir abzas oxumuşdur. Corc Buş isə vətəndaş müharibəsi zamanı beş oğlunu itirmiş anaya prezident Abraham Linkolnun məktubundan sitat olxumuşdur.

Terror qurbanlarının ailə üzvləri ilk dəfə olaraq qüllələrin yerində inşa olunmuş hovuzlara baxmaq imkanı qazanıblar. Səhər saat 8:46-da və 9:03-də Nyu Yorkda təyyarələrin Əkiz Qüllələrə dəydiyi anlar bir dəqiqləlik sükutla yad olunub. Mərasimdə həlak olanların adları bir-bir oxunub. Mərasimə qatılanlar arasınsda yüksək emosiyalar yaşanıb. Çoxları göz yaşları axtımış, öz yaxınlarına sarılmışlar.

Amerikalı çelist Yo-Yo Ma Xatirə Meydanının açılış mərasimi zamanı solo ifa edib. Hovuza yaxınlaşan insanlar özləri ilə Amerika bayraqları və başqa xatirə əşyaları gətiriblər. Bir yanğınsöndürən adların həkk olunduğu yerə yanğınsöndürən dəbilqəsi qoyub. 2001-ci il 11 sentyabr hücumları zamanı həlak olanlar arasında çox sayda yanğınsöndürən olub.

Pentaqonda səhər 9:37-də vitse prezident Co Bayden də daxil olmaqla mərasim iştirakçıları sükuta dalıblar. 10 il bundan öncə həmin anda sərnişin təyyarəsinin Müdafiə Nazirlyinin binasına çırpılması nəticəsində 184 adam həyatını itirmişdi.

United 93 reysli qaçırılmış təyyarənin yerə dəydiyi Pennsilvaniya ştatının Şənksvil qəsəbəsində də anım mərasimi keçirilib. Nyu Yorkdan buraya gələn prezident və onun xanımı Şənksvildəki mərasimə qatılıblar.